Avropada ölüm saçan istilər: Qurbanların sayı artır

İyun ayında Fransa, Belçika və Niderland ərazisində müşahidə olunan anomal istilər nəticəsində 3 700-dən çox ölüm qeydə alınıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" rəsmi qurumların və tədqiqatçıların hesabatlarına əsaslanaraq məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, iyunun 20-28-i aralığında davam edən ekstremal hava şəraiti Avropa tarixində qeydə alınan ən şiddətli istilərdən biri olub.
Fransanın səhiyyə naziri Stefani Rist ölkədə 2 025 ölüm halının rəsmiləşdiyini vurğulayıb. Xüsusən 45 yaşdan yuxarı şəxslər arasında itkilər daha çox olub.
Rəsmilər yekun statistikanın daha da arta biləcəyini qeyd edirlər.
Belçika Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, 18-29 iyun tarixlərində 1 200-ə yaxın ölüm faktı qeydə alınıb. Həyatını itirənlərin 530 nəfəri 85 yaşdan yuxarı, 180 nəfəri isə 65 yaşdan aşağı olan şəxslərdir. Nazirlik bu durumu "görünməmiş hal" adlandırıb.
Agentliyin məlumatında qeyd olunur ki, Niderlandda istilər 480 nəfərin ölümünə yol açıb və onların əksəriyyəti 80 yaşdan yuxarı olan insanlardır.
Alimlərin fikrincə, ekstremal isti havaya iqlim dəyişikliyi səbəb olub. Bu, enerji təchizatında pozuntulara, infrastrukturun zədələnməsinə və səhiyyə sistemlərinin həddən artıq yüklənməsinə gətirib çıxarıb.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












