Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Novxanı-Pirşağı-M1 avtomobil yolunda yaranmış vəziyyət ciddi narahatlıq doğurur. Böyük ümidlərlə başlanan layihənin Xırdalandan keçən hissəsi hazırda tamamilə su altında qalıb. Hətta tikilməkdə olan körpü və yolun özü də suyun içindədir. Nəticədə tikinti işləri tam dayandırılıb.
Avtosfer.az xəbər verir ki, Abşeronun Xırdalan şəhəri ərazisindən keçən Novxanı-Pirşağı-M1 avtomobil yolunda suyun səviyyəsinin 3 metrdən çox olduğu bildirilir. Yol keçilməz vəziyyətə düşüb, texnikaların fəaliyyəti mümkün deyil.
Problemin digər tərəfi isə yaxınlıqdakı yaşayış binalarının sakinlərinin üzləşdiyi ağır şəraitdir. Günlərlə ərazidə qalan çirkli su antisanitar vəziyyət yaradıb, ətrafa yayılan üfunət insanların sağlamlığı üçün ciddi təhlükəyə çevrilib. Yayın qızmar istisində bu vəziyyət daha da dözülməz hal alıb.
Avtomobil Yolları Dövlət Agnetliyindən bildirildi ki, qeyd olunan ərazidə yağış və çirkab sularının yığılması oradakı yağış və kanalizasiya sularının kənarlaşdırılması və idarə olunması sistemində mövcud problemlərlə bağlıdır.
Hazırda ətraf ərazilərdən daxil olan yağış və çirkab suları layihə üzrə yolun keçəcəyi hissə də daxil olmaqla geniş bir sahədə toplanır ki, bu da tikinti işlərinin təhlükəsiz və texniki normalara uyğun aparılmasına maneə yaradır.
Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən isə bildirilib ki, intensiv yağışlar zamanı Xırdalan şəhəri subasmaya məruz qalmasın deyə, Ceyranbatan su anbarının mühafizə zolağında yerləşən süni yaradılmış bufer gölə yağış suları yönəldilib.
Hazırda suyun kənarlaşdırılması istiqamətində işlər aparılır və gələcəkdə intensiv yağışlar zamanı bu halın baş verməməsi üçün layihənin icrasına başlanılıb.
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu












