Qubada qəza: kobud qayda pozuntusu və 7 yaralı

Bu gün Quba – Xaçmaz yolunda yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza Quba rayonunun Zərdabi kəndi ərazisində qeydə alınıb. Ötmə əməliyyatını düzgün yerinə yetirməyən “Mersedes” markalı avtomaşın əks istiqamətdə hərəkətdə olan digər “Mersedes” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində hər iki maşında olan 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Quba rayonu, Bağbanlı kənd sakini 1992-ci il təvəllüdlü Əmirova İradə Nadir qızı, Xaçmaz rayonu, Hacıəlibəy kənd sakini 1982-ci il təvəllüdlü Mikayılova Elnarə Ənvər qızı, Quba rayonu, Bağbanlı kənd sakini 1961-ci il təvəllüdlü Hüseynova Həqiqət Ağacan qızı, Quba rayonu, Ərməkiqışlaq kənd sakini 1995-ci il təvəllüdlü Həsənova Ədilə Qurban qızı, Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Niftəliyev Nəriman İsmayıl oğlu, Quba rayon sakini 1978-ci il təvəllüdlü Musayev Naib Beybut oğlu və 1979-cu il təvəllüdlü Xaçmaz rayonu, Hacıəlibəyli kənd sakini Mikayılov Kamil Rasim oğludur. Xəsarət alan şəxslər Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardımdan sonra onlar ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı Quba rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










