Rayonlarda 3 qəzada 3 nəfər öldü

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Qəbələ şəhərində rayon sakini Cumar Ağayevin idarə etdiyi “VAZ-21074” ilə həmyerlisi Tural Rəsulovun idarə etdiyi “QAZ-32231” markalı avtomobillər toqquşub. Qəza nəticəsində sürücülər və “VAZ-21074” markalı maşında olan 3 sərnişini xəstəxanaya yerləşdirilib. Sürücü Cumar Ağayev yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Goranboy rayonunun Şəfibəyli kəndində rayon sakini Telman Əmrahov idarə etdiyi “VAZ-21011” markalı avtomobilini yolun kənarında dayanan Səyyaf Həsənova məxsus “HOVO” markalı avtomobilə çırpıb. Nəticədə “VAZ-21011” markalı avtomobilin sürücüsü Telman Əmrahov hadisə yerində ölüb.
Üçüncü qəza isə Füzuli rayonunda qeydə alınıb. Rayonunun Alxanlı kəndində rayon sakini Şirazi Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər üç faktla bağlı müvafiq polis idarələrində araşdırmalar aparılır.
Fidan
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












