Rusiyadan qayıdan azərbaycanlını maşın vurub öldürdü

Qəzalar 26 Noyabr 2021 10:17
Rusiyadan qayıdan azərbaycanlını maşın vurub öldürdü
WhatsApp kanalımıza abunə olun

Biləsuvarda 46 yaşlı kişini maşın vurub.

Avtosfer.az-ın APA-ya istinadla məlumatına görə, ötən gün axşam saatlarında Rusiyadan evinə qayıdan rayonun Nəsimikənd sakini Rafət Abidin oğlu Bağışovu Xırmandalı kəndində avtomobil vurub. Ağır xəsarətlə onu xəstəxanaya çatdırmaq mümkün olsa da, R.Bağışov dünyasını dəyişib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 1972
ŞƏRH YAZ
Ad

E-mail

Şərh