Saatlıda 37 yaşlı qadın yol qəzasında xəsarət alıb

Qəzalar 11 İyul 2023 10:38
Saatlıda 37 yaşlı qadın yol qəzasında xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Saatlı rayonunda 37 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Avtosfer.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Nuruşova Rəhilə Sahib qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Report

Oxunub : 840
ŞƏRH YAZ
Ad

E-mail

Şərh