Saatlıda avtomobil yanıb: 2 yaralı

Saatlıda aşaraq yanan avtomaşında 2 nəfər xəsarət alıb. APA-nın məlumatına görə, Sabirabad-Saatlı avtomagistralının 1-ci kilometrliyində Saatlı rayonunun Bəylik kənd sakini, 1986-cı il təvəllüdlü Tarverdiyev Natiq Məhəmməd oğlunun idarə etdiyi “VAZ 21011” markalı, 10 FE 094 dövlət nömrə-nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobil alışaraq yanıb. Avtomobilin sürücüsü və orada olan sərnişin, 1993-cü il təvəllüdlü Tarverdiyeva Aysel Ərşad qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Saatlı rayon xəstəxanasına yerləşdirilib.
Yanğının söndürülməsinə cəlb olunan Saatlı Yanğından Mühafizə Xidmətinin avtomobili və canlı qüvvəsi yanan avtomobili söndürüb, ətrafda olan yaşıllıq yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












