Saatlıda yol qəzası olub, xəsarət alan var
Qəzalar
22 İyul 2021 22:44
Oxunub 1978

Saatlıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Cəfərxan kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində Cəfərxan kənd sakini, 1995-ci il təvəllüdlü Süleymanov Rəsul Süleyman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













