Sabunçu rayonunda gənc qadın yol qəzasında xəsarət aldı
Qəzalar
1 Aprel 2021 22:14
Oxunub 990

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Kürdəxanı qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Alışanova Sevda Qurban qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona sağ çiynin əziyi diaqnozu qoyulub. ("Report")
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













