Sağdan ötmə edən "Prius" sürücüsü keçiddəki qadını vurdu - ANBAAN VİDEO

Bakıda yolu keçən piyada avtomobil tərəfindən vurulub. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi şossesində baş verib. Belə ki, avtobusdan düşən qadın keçiddən keçən zaman yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomobilin sürücüsü tərəfindən vurulub. Sürücü sağdan ötmə edən zaman piydanı son anda gördüyü üçün qəzadan yayına bilməyib. Oxucuların verdiyi məlumata görə, avtobus sürücüsü həmin qadını dayanacaqdan kənarda düşürüb.
“Yol hərəkəti haqqında” qanunda qeyd olunub ki, əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.
Bu qaydanın tələbinə ciddi şəkildə əməl etmək lazımdır. Əks halda faciəvi qəzaların baş verməsinə yol açır.
Fərid
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












