Salyanda qəzada şair Çığatelin oğlu ağır xəsarət aldı, nəvəsi öldü - YENİLƏNİB

Salyanda iki minik avtomobili toqquşması nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
Hadisə Ələt-Astara magistralının 38-ci km-də qeydə alınıb.
"Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, sürücünün oğlu 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Qəzada Ayaz Qasımovun azyaşlı qızı da xəsarət alıb.
Ayaz Qasımovun vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanalardan birinə yola salınıb.
Qeyd edək ki, qəzada ağır xəsarət alan Ayaz Qasımov şairə Çığatelin oğlu, həyatının itirən azyaşlı isə nəvəsidir.
***
Salyan rayonunda 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hundai” markalı avtomobil minik maşını ilə toqquşub. Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər ölüb.
2018-ci il təvəllüdlü Ağakərim Həsənli Təbriz oğlu, 2014-cü il təvəllüdlü İsmayıl Həsənli Təbriz oğlu, 1960-cı il təvəllüdlü Nəzakət Həsənova Xeyrulla qızı, 2012-ci il təvəllüdlü Cığatel Qasımova Ayaz qızı, 2022-ci il təvəllüdlü Zəhra Həsənli Təbriz qızı, 1996-cı il təvəllüdlü Fatma Həsənova Ceyhun qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Salyanda iki minik avtomobili toqquşub.
Hadisə Ələt-Astara magistralının 38-ci km-də qeydə alınıb.
"Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır. (apa)
Yevlaxda avtomobil aşdı - 10 yaşlı qız öldü - FOTO
Elşad Hacıyev yol qəzalarından danışıb, səbəbləri AÇIQLADI - VİDEO
Ali Məhkəmədən ŞOK QƏRAR - Piyada ölümünə görə sürücüyə verilən bəraət hökmü ləğv edildi
Bakıda idarəetmədən çıxan “Nissan” dairəyə düşdü - VİDEO
Qazinin öldüyü hadisə ilə bağlı - Yeni detallar
Yuxulu sürücü maşını yük avtomobilinə çırpdı - DYP-dən VİDEO
Yolayrıcında qəza baş verdi; svetofor və digər qurğular yararsız hala düşdü - VİDEO
Cəlilabadda qəza: 13 yaşlı oğlan öldü
Qəzada ölən Orxanın atası keçən ay vəfat edibmiş - FOTO
Qadın sürücü yeniyetmə velosipetçini vurub xəstəxanalıq etdi - VİDEO
Həmin piyadanı vuran şəxs futbolçu imiş - FOTO - VİDEO










