Şamaxıda piyadanı vuran sürücü qaçdı

Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə oktyabrın 19-da axşam saat 22:00 radələrində rayonun Quşçu kəndində qeydə alınıb. Naməlum sürücünün idarə etdiyi minik avtomobili sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı piyadanı, Quşçu kənd sakini 1984-cü il təvəllüdlü Hacıyev Habil Seyidağa oğlunu vurub. Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. Kənd sakinlərinin köməyi ilə Habil Hacıyev təcili olaraq Şamaxı Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti hələ ki, ağırdır. Hadisə törədən sürücünün tapılaraq istintaqa təhvil verilməsi üçün hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.
APA
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












