Şamaxıda turistləri aparan avtobus qəzaya uğradı - Xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub.
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd edilib ki, hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
***
Şamaxı rayonunda turisləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.
Avtosfer.az-ın məlumatına görə, təşkil olunmuş tur çərçivəsində Bakı-Şəki-Qəbələ-Oğuz marşrutu üzrə hərəkət edən 77-CV-760 dövlət nömrə nişanlı "Daewoo" markalı sərnişin avtobusu bu gün saat 12:00 radələrində Muğanlı-İsmayıllı yolun 6-cı kilometrliyində, Muğanlı dolayları adlanan ərazidə yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı 2 nəfərin xəsarət aldığı bildirilir. Avtobusda olan sərnişinlərə tibbi yardım göstərmək üçün hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadaları cəlb olunub. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.


unikal
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












