Şamaxıda yük avtomobili aşıb, sürücü ölüb - FOTO

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Apa-nın xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində Şamaxı-Padarçöl yolunun Dağ Göylər kəndi ərazisində qeydə alınıb. Sabirabad kənd sakini, 1964-cü il təvəllüdlü Cəfərov İlqar Əlikişi oğlu idarə etdiyi 99-NV-439 dövlət nömrə nişanlı "Shacmann" markalı yük avtomobili ilə dağlıq ərazidəki yolda hərəkətdə olarkən əyləc sistemində yaranan problem səbəbindən idarəetməni itirib, maşın yoldan çıxaraq dərəyə aşıb. Avtomobil bir neçə dəfə yuvarlandığı üçün 3 hissəyə bölünüb. Nəqliyyat vasitəsi aşağıya düşərək kənd sakinlərindən birinin həyətyanı sahəsinin hasarına çırpılıb. Sürücü İlqar Cəfərov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyi (FHN) də hadisə barədə məlumat yayıb. Məlumata görə, "112" qaynar telefon xəttinə Şamaxı rayonunun Göylər Dağ kəndində “Shacman” markalı yük avtomobilinin aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1964-cü il təvəllüdlü Səfərov İlqar Əlikişi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.




Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO












