Samuxda fəhlələri daşıyan mikroavtobus aşdı - Ölən və xəsarət alanlar var - FOTOLAR

Samuxda fəhlələri işə daşıyan mikroavtobusun aşması nəticəsində ölən və yaralananlar var. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Qazel” markalı mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın aşıb.
Qəza zamanı 2000-ci il təvəllüdlü V.Əsgərov həyatını itirib. Xəsarət alanlardan hələlik M.Zülfüqarovun adı məlum olub. Digər yaralıların kimliyi müəyyənləşdirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
***
Samuxda baş verən qəza ilə bağlı Samux Rayon Mərkəzi Xəstəxanasının məlumat yayıb. Məlumata görə, Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 25.01.2026-ci il tarixində saat 09:00 radələrində 3 nəfər (qadın) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***
Samuxda mikroavtobusun aşması nəticəsində digər xəsarət alanların kimliyi məlum olub. Məlumata görə, xəsarət alanlar mikroavtobusun sərnişinləri 1989-cu il təvəllüdlü S.Səfərova, 1969-cu il təvəllüdlü A.Əhmədova, 1990-cı il təvəllüdlü P.Balakişiyeva, 1991-ci il təvəllüdlü R.Məmmədov və 1990-cı il təvəllüdlü M.Zülfüqarovdur. Yaralılar Samux və Gəncə şəhərlərində yerləşən xəstəxanalara aparılıb. Qeyd edək ki, qəzaya Qazel markalı mikroavtobus səhər saatlarında fəhlələri işə aparan zaman qəza uğrayıb, xəsarət alanlar mikroavtobusun sərnişinləridir. Faktla bağlı araşdırma aparılır.
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO






















