Samuxda və Xaçmazda ağır yol qəzaları: 7 nəfər yaralandı – VİDEO

Samuxda ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az Regiontv-yə “Mersedes” markalı avtomobillə “Zaparojes” markalı maşının toqquşması nəticəsində 4 nəfər ağır bədən xəsarəti alıb. Samux rayon sakinləri - 37 yaşlı Heybət Heydərov, 36 yaşlı Arif Kazımov, 43 yaşlı Rafiq Məmmədov və Göygöl rayonu sakini 24 yaşlı Elnur İsmayılov yaxınlıqdakı insanların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Travmatologiya şöbəsinə yerləşdirilən xəstələrə tibbi yardım göstərilib və vəziyyətləri normal qiymətləndirilir. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.
Daha bir yol qəzası Xaçmaz rayonunda baş verib. Hadisə Xudat-Nabran yolunun 5-ci km-də qeydə alınıb. Qusar rayon sakini 35 yaşlı Zamir Mürsəlovun idarə etdiyi “Vaz 21099” markalı nəqliyyat vasitəsi Xudat şəhər sakini 33 yaşlı Samir Şirinova məxsus “Chevrolet” markalı maşınla toqquşub. Qəza nəticəsində hər iki maşının sürücüsü və “Chevrolet”-in sərnişini Sevil Şükürova müxtəlif dərəcəli xəsarətlər alıb və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Yaralılar müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin Xudat bölməsində təhqiqat aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












