Şəki sakini yol qəzasında öldü

Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza İsmayıllı- Qaraməryəm- Balakən magistral yolunun Oğuz rayonu Dəymədərə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən anspress-ə verilən məlumata görə, Şəki şəhər sakini, 1976-cı il təvəllüdlü Elşən Nəsib oğlu Mustafayev idarə etdiyi “VAZ ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində "qapalı kəllə beyin zədəsi" alan Elşən Mustafayev Oğuz Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Oğuz Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, sahər saat 9 radələrində xəstəxanaya daxil edilən E.Mustafayev xəsarətlərin ağırlığından xəstəxanada 09:30-da keçinib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












