Şəkidə 75 yaşlı kişi qəza törətdi- 4 yaralı

Şəkidə 75 yaşlı kişinin idarə etdiyi mikroavtobusun aşması nəticəsində 4 nəfər xəsarət alıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəki rayonu Çələbixan qəsəbə sakini 1940-cı il təvəllüdlü, Afdandil Əlış oğlu Əliyevin Bərdə -Şəki marşrutu ilə idarə etdiyi mikroavtobus təkərin partlaması səbəbindən yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü Afdandil Əliyev və onun sərnişinləri, Şəki rayonu Çayqaraqoyunlu kənd sakinləri, 1962-ci il təvəllüdlü Zasta Sərdar qızı İbrahimova, 1966-cı il təvəllüdlü Sevda Yusif qızı İbrahimova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Şəki RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılardan Afdandil Əliyevin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Zasta və Sevda İbrahimovaların vəziyyəti yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Məlumatda bildirilir ki, daha bir yaralı, 1979-cu il təvəllüdlü Elman Zahid oğlu Quliyevə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












