Şəkidə ağır qəza: bir ailənin dörd üzvü öldü - VİDEO - FOTO - YENİLƏNİB

Şəkidə baş verən qəzada ölən şəxslər bir ailənin üzvləridir.
Qəzaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Nicat Mirzəyevin və onun övladlarının (şəxsiyyəti hələ dəqiqləşdirməyib) meyitləri aidiyyati üzrə təhvil verilib.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sərnişin (qəza zamanı ölən uşaqların anası) FHN-nin Şəki Rayon DYMH-nin xilasedicilər tərəfindən avtomobildən çıxarılıb. (apa)
***
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı ölüb, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
***
Şəkidə ağır yol qəzası baş verib.
Hadisə saat 19 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Köbər Zəyzid kəndinidən keçən hissəində baş verib.
Hadisədə üç nəfər ölüb, ikisi isə ağır xəsarət alıb.
İlkin məlumata görə, Şəkidən Oğuz rayonu istiqamətində hərəkət edən “Mercedes” markalı 10-VX-141 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Hazırda hadisə yerində müvafiq qrumlar araşdırma aparır. Ölən və yaralana şəxslərin kimliyi dəqiqləşdirilir. (apa)
Bakı-Quba yolunda "Shacman"la "Mitsubishi" toqquşub, AAYDA-nın əməkdaşı vəfat etdi - VİDEO
Sədərək-Binə yolunda yük maşını yanıb kül oldu - VİDEO
Bakıda sərnişin avtobusu qəzaya uğradı - VİDEO
Bakı-Quba yolunda qəza olub, ölən var
Qəzada maşını zədələnən sürücülər oxusun: Bu sığorta növü dəyişir
Şamaxı-İsmayıllı yolunda yük maşını aşdı - VİDEO
Dəhşətli qəzada həlak olan Məryəm bu bankın əməkdaşı olub - FOTO
“Mitsubishi” ilə toqquşan “Niva” aşdı – Vətəndaşlar köməyə çatdı - VİDEO
Bir sürücünün səhvi neçə insanın həyatını təhlükəyə atır? - Rövşən Tağıyev
Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - FOTO
Türkiyədən gələn "TIR" Zaqatalada "Chevrolet"i vurub aşırdı: yaralılar var - FOTO











