Şəkidə ağır qəza; sürücü hadisə yerində öldü

Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, Şəkinin Baş Zəyzid kənd sakini, 43 yaşlı Etibar İbrahimxəlilov qəfildən avtomobilin idarəetməsini itirib. Əvvəl yol kənarına aşan maşın sonra magistral qaz xəttinə çırpılıb. Zərbənin təsirindən sürücü Etibar İbrahimxəlilov aldığı xəsarətlərdən elə hadisə yerindəcə keçinib.
Avtomobildə olan sərnişin, sürücünün həmkəndlisi, 42 yaşlı Vahid Mehdiyev isə ağır xəsarətlər alıb. Xəstəxanaya çatdırılan yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxananın həkimi Zahir İsmayılov yaralının vəziyyətinin orta ağır olduğunu deyib: “Daxil olarkən ağır vəziyyətdə idi. Dərhal tərəfimizfdən reanimasion tədbirlər görüldü, vəziyyətdən çıxardıq. Hazırda vəziyyəti orta ağırdır”. Faktla bağlı araşdırma aparılır.
Qəza nəticəsində qaz xətti sıradan çıxdığından bir neçə kəndin qaz təchizatı dayandırılıb. Hazırda həmin ərazidə təmir bərpa işləri aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










