Şəkidə taxıl biçən kombayn yandı

Şəkidə taxıl biçən kombayn və taxil sahəsi yanıb. Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, rayonun Turan qəsəbə sakini Məzahir Rza oğlu Məmmədov idarə etdiyi “Niva ESK-5” markalı kombaynla Turan qəsəbə inzibati ərazisində taxıl biçərkən kombaynda yanma baş verib. Kombayndan başlayan yanğın qısa zaman ərzində ərazidəki taxıl sahəsinə keçib. Əraziyə FHN-nin Şəki rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində kombaynın yanar hissələri və ərazidə kombaynın sahibi Məzahir Məmmədova, Bəylər Nəsirova və Əkbər Qasımova məxsus 6 hektar biçilməmiş və 3 hektar isə biçilmiş taxıl sahəsi yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının daha da genişlənərək digər taxıl sahələrinə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ
Beyləqanda “VAZ” və “UAZ” toqquşdu, xəsarət alan var - VİDEO
Salyanda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı - VİDEO
Nasaz avtomobil sürücüsünün səhvi AĞIR QƏZAYA SƏBƏB OLDU - ANBAAN VİDEO
"Shacman"la "Mitsubishi" toqquşub, AAYDA-nın əməkdaşı vəfat etdi - VİDEO
Sədərək-Binə yolunda yük maşını yanıb kül oldu - VİDEO










