Şəmkirdə ağır yol qəzası; yaralılar var

Şəmkirdə yol qəzası baş verib, yaralılar var. Avtosfer.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkirdə “VAZ” markalı iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Hadisə ötən gün axşam saat 20 radələrində Kür qəsəbəsinə gedən yolda, rayonun Mahmudlu kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ” markalı iki avtomobilin toqquşması nəticəsində onlardan birini idarə edən sürücü 50 yaşlı Əfqan Rüstəmov, sərnişinlər 45 yaşlı Yeganə Qurbanova və 22 yaşlı Rüfanə Qurbanlı müxtəlif bədən xəsarətləri alıb.
Hər üç yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər sürücünün vəziyyətini ağır, digər yaralıların sağlamlıq durumunu isə orta-ağır kimi qiymətləndirir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












