Şəmkirdə ağır qəza: Ata və qızı öldü - YENİLƏNİB

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı bəlli olub.
“Mercedes-Benz” markalı avtomobilin sürücüsü idarə etməni itirərək VAZ-2106 markalı avtomobilə, o isə VAZ-2107 markalı avtomobilə çırpılıb. Nəticədə VAZ-2107 markalı avtomobildə olan Bayram Gözəlov, Əliyeva Gəncalə və Əliyeva Aliyə hadisə yerində ölüblər. Avtomobildə olan Gözəlov Yasin, Gözəlov Hüseyn və digər sərnişin Əliyeva Hicra müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan başqa “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Zeynalov Elməddin və VAZ-2106 markal avtomobilin sürücüsü Allahverdiyev Sənan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
15:00
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. Avtosfer.az-ın məlumatına görə, hadisə Şəmkir-Gədəbəy yolunun rayonun Qasımalılar kəndində qeydə alınıb.
İlkin məlumata görə, iki avtomobil toqquşub. Nəticədə ölən və xəsarət alanlar var.
Hadisə yerinə 5 təcili tibbi yardım avtomobili və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.
"Report"
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR












