Şəmkirdə iki avtomobil qəzası baş verib: 1 ölü, 3 yaralı

Şəmkirdə iki yol nəqliyyat qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisələrdən biri Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Zəyəm qəsəbəsindən keçən hissəsində qeydə alınıb. “Opel” markalı avtomobilin yolun kənarında dayanan “KamAZ” markalı avtomobilə çırpılması nəticəsində minik avtomobilində olan sərnişin hadisə yerində dünyasını dəyişib, sürücü Şahmar Mahmudov isə müxtəlif bədən xəsarətləri alaraq, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, hadisəyə “Opel”in sürücüsünün sükan arxasına yuxulaması səbəb olub. Digər hadisə isə Bakı-Qazax magistral yolunun Şəmkir rayonu hissəsində baş verib. “Niva” markalı avtomobillə “QAZ-24” markalı avtomobilin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki fakt üzrə Baş Dövlət Yol polisi İdarəsində araşdırma aparılır.
Motosiklet “Nissan”la toqquşdu, sürücü xəsarət aldı - VİDEO
Sabunçuda toqquşan maşınlar tanınmaz hala düşdü - VİDEO
“Mercedes” transformatora çırpıldı; arxa hissəsi havaya qalxdı - VİDEO
Şamaxı-Bakı yolunda ağır qəza: Xəsarət alanlar var - VİDEO
Cəlilabadda zəncirvari qəza: Yaralılar var - FOTO
Qaxda AĞIR QƏZA: ÖLƏN VAR - FOTO - VİDEO - YENİLƏNİB
Füzulidə ağır qəza: ÖLƏN VAR
Cəlilabadda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
"Şamaxinka"da qorxunc QƏZA: Avtomobil yararsız hala düşdü - VİDEO
Piyadaya yol verən maşını vurdular; dərhal yanmağa başladı - VİDEO
Azərbaycanda ağır qəza: Ölən və yaralananlar var - FOTO - YENİLƏNİB












