Banner

Şəmkirdə minik avtomobili yanıb

Qəzalar 16 Avqust 2020 11:13 Oxunub 1564
Şəmkirdə minik avtomobili yanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şəmkir rayon Zəyəm qəsəbəsində minik avtomobili yanaraq yararsız hala düşüb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Şəmkir rayon sakini, 1987-ci il təvəllüdlü Mobil Telman oğlu Mərdanova məxsus “QAZ-24” markalı avtomobil hələ ki, dəqiq məlum olmayan səbəbdən yol kənarında olan zaman alışıb.

Hadisə yerinə iki yanğınsöndürən avtomobil cəlb olunub. Yanğın söndürülsə də avtomobil yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.  

Fakta bağlı araşdırma başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh