Şəmkirdə qəza: 4 yaralı

Şəmkirdə mikroavtobusla "Mercedes" toqquşub, yaralılar var. Avtosfer.az kəpəztv-yə istinadən xəbər verir ki, bu gün saat 13:30-da Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib. Gəncə sakini Oqtay Musayev idarə etdiyi "Mercedes" markalı avtomobillə Qazax istiqamətində hərəkətdə olarkən ikinci dərəcəli yoldan əsas yola çıxan Şəmkir sakini Novruzəli İbrahimovun idarə etdiyi "Qazel" markalı mikroavtobus toqquşub.
Nəticədə "Mercedes"də olan 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım maşını ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparılıblar, vəziyyətləri orta ağır kimi qiymətləndirilir. "Qazel"də sürücü tək olub. O, hadisədən xəsarətsiz ötüşüb. Qəzadan sonra sürücülər arasında insident yaşanıb. Vəziyyətlə bağlı əraziyə əlavə polis qüvvəsi çağırılıb. Faktı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsi araşdırır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












