Sənədsiz avtomobil sürən sürücü qəza törətdi

Gecə Bakının Yasamal rayonu ərazisində iki avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Abbasquluağa Bakıxanov küçəsində, eyni adlı yolötürücü körpünün üstündə qeydə alınmış yol nəqliyyat hadisəsi zamanı Hilal İbrahimovun idarə etdiyi “Volkswaqen” və Nadir Abdullayevin idarə etdiyi “VAZ 2107” markalı minik maşınları toqquşub. Müəyyən edilib ki, birinci avtomobil adıçəkilən küçə ilə İnşaatçılar prospektindən Səməd Vurğun küçəsi istiqamətində, Nadir Abdullayevin “Jiquli”si isə əks istiqamətdə hərəkət edirmiş. Qarşı-qarşıya gəldikləri nöqtədə avtomobillər gözlənilmədən toqquşub.
Yol qəzasının baş verdiyi ünvanda Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin və Yasamal RPİ-nin əməkdaşları müayinələr aparıb. “VAZ 2107” markalı avtomobildə olan xanım sərnişin yüngül əzildiyi üçün sonradan xəstəxanaya müraciət etməli olub. Avtomobillərin sürücüləri isə ifadələrinin alınması üçün polis orqanına dəvət edilib.
İlkin ifadəsi zamanı həmçinin sürücü Hilal İbrahimovun avtomobili sənədsiz idarə etdiyi də üzə çıxıb.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












