Sərnişin gəmisi ilə neft tankeri toqquşdu

Türkiyə Çanaqqala vilayətindəki eyni adlı boğazda (Dardanel) iki gəminin toqquşması ilə nəticələnən dəniz qəzası baş verib. Yunanıstandan İstanbula hərəkət edən Malta bayraqlı 162 metr uzunluqda olan “Louis Cristal” adlı sərnişin gəmisi ilə Rusiyadan Maltaya gedən Marşal adaları bayraqlı “STİ Pimlico” adlı 182 metrlik tanker yerli vaxtla saat 01.30-da (Bakı vaxtıyla 03.30) toqquşub.
Tankerdə olan xam neftin dənizə axma ehtimalının qarşısını almaq üçün Çanaqqala sahil təhlükəsizlik qüvvələri tədbirlər görüblər. Həmçinin ballast sisterninin partlaması nəticəsində tanker 10 dərəcəlik bucaqla yana yatıb.
382 heyəti, 853 sərnişini olan gəmi isə Gelibolu yaxınlığında dayandırılıb.
Qəza nəticəsində hər hansı bir ölüm və yaralanma hadisəsi qeydə alınmasa da Çanaqqala boğazında tranzit keçid üçün gəmilərin hərəkəti dayandırılıb. Qəza barədə isə həmin anda boğazdan keçən və qəzanın şahidi olan digər gəmilər xəbər veriblər.
anspress
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












