Sərxoş kişinin üstündən asfalt çəkdilər - VİDEO

Sərxoş vəziyyətdə yoldakı çuxura yıxıldı, bələdiyyə işçiləri onun üstündən asfalt yol çəkdi. Dəhşətli hadisə Hindistanın Madhya Pradeş ştatında baş verib. Süleymanabad şəhərinin spirtli içki qəbul edən sakini, bələdiyyə işçilərinin səhlənkarlığının qurbanına çevrilib. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, gündüz nəqliyyatın hərəkəti daha intensiv olduğundan, bələdiyyə işçiləri yollardakı çuxurları axşam saatlarında doldurmaq qərarına gəlib. Onlar dərin çuxurlardan birini doldurmaq üçün çalaya əvvəl qrabil, ardınca asfalt töküblər. Amma həmin çuxurda sərxoş vəziyyətdə yatan sakini görməyiblər. Çox keçmədən asfaltbasan texnika üzəri örtülən quyunun üstündən keçib.
Dəhşətli olayın üstü günəşin çıxması ilə açılıb. Sakinlər yeni asfaltlanan yolda, insan əlinin izlərinə rast gəlib. Çuxuru yenidən qazan işçilər ordakı hindlinin cansız bədəni ilə qarşılaşıblar. Aparılan ilkin araşdırmalardan sonra, üstündən yol çəkilən 45 yaşlı hindlinin axşam saatlarında likör mağazasında spirtli içki qəbul etdiyi məlum olub.
Ölkədə və dünyada səs-küy yaradan olay polisləri hərəkətə keçirib. Yolun bərpasında iştirak edən 2 bələdiyyə işçisi insan ölümündə şübhəli bilinərək nəzarətə götürülüb.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












