Sərxoş sürücü avtomobili körpüdən aşırdı
Qəzalar
11 May 2015 01:03

Yaralılar 23 metr dərinlikdən çıxarılaraq xəstəxanaya çatdırılıb
Şəmkir rayonunun Keçili kəndində ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, kənd sakini Faiq Alıyev sərxoş halda sürdüyü "VAZ 21011" markalı avtomobilin idarəetməsini itirərək onu Şəmkir çayı üzərindəki körpüdən dərəyə aşırıb. Qəza nəticəsində sürücü və onun sərnişini - Akif Rzayev ağır bədən xəsarətləri alıblar. Yaralıları çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin qəza xilasetmə qrupu cəlb edilib. Hər iki yaralı 23 metr dərinlikdən çıxarılaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Oxunub : 1662
DİGƏR XƏBƏRLƏR
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
ŞƏRH YAZ












