Sərxoş sürücü dostunun ölümünə səbəb olub

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Samir Pənahovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. Samir Pənahov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs növündə qətimkan tədbirinə dəyişdirilib və o, məhkəmə iclası zalında həbs olunub.
İttihama görə, 02 yanvar 2023-cü il tarixdə, saat 03 radələrində Şəmkir şəhərinin şəhərin 1-ci küçəsində qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Samir Pənahov sərxoş vəziyyətdə “Hyundai Solaris” markalı avtomobili hüququ olmadan idarə etdiyi zaman idarəetməni itirib. Nəticədə maşın elektrik dirəyinə çırpılıb. Hadisə zamanı 2004-cü il təvəllüdlü Məhərrəm Məmmədov, 2004-cü il təvəllüdlü Telman Məmmədli və 2001-ci il təvəllüdlü Samir Pənahov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Daha sonra Məhərrəm Məmmədov Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılan zaman yolda dünyasını dəyişib.
Pravda.az
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












