Sərxoş sürücüdən dəhşətli qəza: Maşını iki yerə bölündü, özü isə yol kənarına düşdü - VİDEO

İçkili halda sükan arxasına əyləşən sürücü həyatını qəza ilə sonlandırıb.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan ağır yol-nəqliyyat hadisəsi bugün səhər saatlarında, Səbail rayonunun Bibiheybət yolunda baş verib. Həvəskar sürücünün lentə aldığı kadrlardan da aydın göründüyü kimi “Hyundai Sonata” markalı avtomobil yüksək sürət həddi ilə idarəetməni itirərək ana yoldan çıxıb və kənardakı reklam mahiyyətli lövhəyə çırpılıb. Nəticədə iki hissəyə bölünərək tamamilə yararsız hala düşən avtomobilin idarəçisi - 23 yaşlı gənc hadisə yerindəcə keçinib. Qəza şahidlərinin məlumatına əsasən, olayın baş verməsinə səbəb sürücünün içkili halda avtomobilini idarə etməsi olub.
Qeyd edək ki, hadisə yerinə cəlb olunan polis əməkdaşları faktla bağlı araşdırma aparıb.
Nərmin
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ












