Şirvanda ağır qəza: Ana və oğlu həlak oldu

Şirvan şəhərində avtomobil yolu keçən ana və 8 yaşlı uşağı vuraraq öldürüb. Avtosfer.az xəbər verir ki, apa-nın Mil-Muğan bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi iyunun 16-da saat 23.00 radələrində Hacıqabul-Bəhrəmtəpə magistralının 8-ci kilometrliyində, Şirvan şəhəri ərazisində baş verib.
Şirvan sakini Rəhimov Rafiq Qaraoğlan oğlunun sürətlə idarə etdiyi “Hyundai Santa Fe” markalı, 99 HL 466 dövlət nömrə nişanlı avtomobil toy mərasimindən çıxan və yolu keçmək istəyən Şirvan şəhər sakini, 1973-cü il təvəllüdlü İsmayılova Gülşən Sabir qızı və onun oğlu - 2007-ci il təvəllüdlü İsmayılov Sahib İlqar oğlunu vurub. Uşaq Şirvan Şəhər Xəstəxanasına çatdırılarkən yolda, ana isə xəstəxanada dünyasını dəyişib.
Sürücü hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində polis tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












