Siyəzəndə iki maşın toqquşub, xəsarət alanlar var

Qəzalar 18 İyun 2022 12:58
Siyəzəndə iki maşın toqquşub, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə olun

Siyəzən rayonunda yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Zarat kəndi ərazisində qeydə alınıb.

"Ford" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. İki nəfər ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə Bakıdakı tibb müəssisələrindən birinə göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

APA

Oxunub : 934
ŞƏRH YAZ
Ad

E-mail

Şərh