SOCAR-ın əməkdaşı faciəvi şəkildə həyatını itirdi – FOTO

Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə srağagün axşam saatlarında köhnə Ələt–Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ 2106” markalı minik avtomobili yolu keçmək istəyən 1981-ci il təvəllüdlü İsmayılov Taleh Teyyub oğlunu vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Qeyd edək ki, iki uşaq atası olan T.İsmayılov SOCAR-ın Dalğıc və Qəza-Xilasetmə İdarəsində çalışıb. O, işdən qayıdarkən Ələt–Astara avtomobil yolunda nəqliyyat vasitəsindən düşərək evinə gedən zaman qəzanın qurbanı olub. Faktla bağlı araşdırma aparılır.
***
Salyan rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Hadisə Ələt–Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, avtomobil Salyan sakini, 1981-ci il təvəllüdlü Taleh Teyyub oğlu İsmayılovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.


Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












