Son dəqiqə: Zabratda dəhşətli qəza baş verib - VİDEO - FOTO

Bu gün Bakının Zabrat qəsəbəsində, Dövlət Gömrük Komitəsinin Akademiyasının qarşısında dəhşətli qəza hadisəsi baş verib.
Avtosfer.az xəbər veri ki, 19-BD-573 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü işıqforun qırmızı işığında maşını saxlaya bilməyib. İdarəetməni itirən sürücü yolun kənarındakı dərəyə düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli sürücülərə çağırışında diqqətli olmalarını bildirib. “Ani diqqətsiz hərəkət faciələrlə nəticələnə bilər. Təsəvvür din ki, bu avtomobil dərəyə yox, bir az qarşıdakı dayanacağa çırpılsaydı necə ağır itkilər ola bilərdi. Diqqətli və məsuliyyətli olun.”
Xatırladaq ki, həmin ərazidə baş verən ikinci qəzadır. İlk qəzada Dövlət Gömrük Komitəsinin Akademiyasının bir kursantı və bir xanım işçisi dünyasını dəyişmişdi.
Nurlan Sakitoğlu
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ




























