Spirtli içkilər daşıyan yük maşını qəza törədib - FOTO

Bu gün səhər saatlarında Bakının Xətai rayonunda yol-nəqliyyat qəzası baş verib.
Avtosfer.az "report"a istinadən xəbər verir ki, hadisə Ayaz İsmayılov küçəsindən Xocalı prospektinə doğru gedən yolda qeydə alınıb.
Belə ki, yol kənarında ikinci cərgədə dayanan "Mercedes" markalı avtomobil həmin yerdən sağa dönmək istəyən "Mitsubishi" markalı yük maşını ilə toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb. "Mercedes" markalı maşın isə yararsız vəziyyətə düşüb. Qəza baş verən yerə cəlb olunan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. Sürücülərin izahatları alınandan sonra isə qəzanın hansı sürücünün günahı ucbatından baş verdiyi məlum olacaq.
Qeyd edək ki, "Mitsubishi" markalı yük maşını spirtli içkilər daşıyırmış.
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ
Beyləqanda “VAZ” və “UAZ” toqquşdu, xəsarət alan var - VİDEO
Salyanda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı - VİDEO
Nasaz avtomobil sürücüsünün səhvi AĞIR QƏZAYA SƏBƏB OLDU - ANBAAN VİDEO
"Shacman"la "Mitsubishi" toqquşub, AAYDA-nın əməkdaşı vəfat etdi - VİDEO
Sədərək-Binə yolunda yük maşını yanıb kül oldu - VİDEO











