Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Qəzalar 26 Yanvar 2021 00:25 Oxunub 9632
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza olub.

APA-nın məlumatına görə, hadisə şəhərin Babək küçəsində baş verib.

Yolu keçmək istəyən şəhər sakini, 1984-cü il təvəllüdlü Mikayıl Əliyevi avtomobil vurub. Ağır bədən xəsarətləri alan M.Əliyev dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə məhkəmə-tibb ekspertizasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh