Sumqayıtda qəza: 1 ölü, 3 yaralı

Sumqayıt şəhərinin Sülh küçəsində bir nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Sülh küçəsində, Dövlət Gömrük Komitəsinin Sumqayıt şöbəsinin qabağında qeydə alınıb. Sumqayıt şəhər polis idarəsindən anspress-ə verilən məlumata görə, şəhər sakini Fərrux Tofiq oğlu Əliyevin idarə etdiyi “VAZ 21015” markalı, 90 BX 071 dövlət nömrə nişanlı avtomobil Bakı-Quba yolu istiqamətində hərəkətdə olarkən Bakı şəhər sakini Niyaz İsayevin idarə etdiyi "Mitsubishi" markalı, 90-MX-875 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Zərbənin gücündən “VAZ 21015” markalı avtomobil deformasiyaya uğrayıb. İdarədən qəzaya ilkin ehtimal kimi "avtomobillərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olduğu" bildirildi.
Qəza nəticəsində “VAZ 21015”-də olan sərnişin Vəfadar Abuzər oğlu Ələkbərov yerindəcə dünyasını dəyişib. Hər iki avtomobilin sürücüsü və "Mitsubishi" markalı avtomobildə olan sərnişin Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, "Mitsubishi"nin sürücüsü və sərnişini ilkin tibbi yardım göstərilərək Bakıya Mərkəzi Klinik Xəstəxanaya göndəriliblər. “VAZ 21015”in sürücüsü isə xəstəxanadadır və vəziyyəti normaldır.
Mərkəzi Klinik Xəstəxanadan da hər iki xəstənin vəziyyətinin kafi olduğu bildirildi. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












