Sumqayıtda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - FOTO

İyulun 1-də Sumqayıtda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı hazırda TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında 4 nəfərin müalicəsi davam etdirilir.
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, onlardan 3-ü (1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti stabil olmaqla) Reanimasiya, 1-i (vəziyyəti stabil olmaqla) isə Travmatologiya şöbəsində müailicə alır.
1 nəfər isə iyulun 2-də yaxınlarının iltizamnaməsi ilə digər ixtisaslı tibb müəssisəsinə təxliyə olunub.
Qeyd edək ki, iyulun 1-də Sumqayıtda gecə saatlarında bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə 11-ci mikrorayonla 42-ci məhələnin kəsişməsində qeydə alınıb. Nəqliyyat vaistələrindən biri yol kənarında avtobus gözləyən piyadalara dəyib, daha sonra mağazaya çırpılıb. Hadisə yerinə FHN-nin xilasedicləri, DYP şöbəsinin və TTYX-nin əməkdaşları cəlb olunub.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO













