Sürət həddini aşan qadın sürücü digər sürücünü yaraladı

Bakının Səbail rayonu ərazisində sürücülərdən birinin xəsaerət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Mehdi Hüseyn küçəsi ilə hərəkət edən Rəna Bayramovaya məxsus “Hyundai” maraklı minik maşını yolun Bünyəd Sərdarov küçəsi ilə kəsişməsində “London taksisi”nə çırpılıb. Qəza nəticəsində “London taksisi”nin sürücüsü xəsarət alıb. Yaralı təcili tibbi yardımla xəstəxanaya apırıb. Ərazidə müayinə aparan Səbail rayon polis idarəsinin əməkdaşları qəza ilə bağlı ilkin versiyanın sürət həddinin aşılması olduğu qənaətinə gəliblər. Bundan əlavə xanım sürücünün hərəkət üstünlüyünə malik olan, “London taksisi”nin yoluna çıxdığı güman edilir. Amma bunlar hələlik ilkin versiyadır.
Qəzanın günahkarını müəyyən edəcək sübutlar isə, ərazidə olan təhlükəsizlik kamerasının yaddaşına həkk olunub. Bundan əlavə tibbi və avtotexniki ekspertizalar da hadisənin aydınlanmasında vacib rol oynayacaq.
anspress
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












