Sürücü aləmi qarışıdırıb aradan çıxdı - FOTO

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Nəcəfqulu Rəfiyev küçəsində qeydə alınıb. Şamxalov Şamxal Nizami oğlu "Opel" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun qarşı hərəkət zolağının kənarında dayanmış "Hyundai" markalı avtomobilə çırpılıb. "Hyundai" isə arxada dayanmış "Toyota"ya dəyib. Qəza nəticəsində "Opel"in sürücüsü Şamxal Şamxalovun başı maşının alın şüşəsinə dəyib, o, başından və qolundan xəsarət alıb.
Hadisə yerinə gələn yol polisi əməkdaşları ilkin müayinələr aparıblar. Məlum olub ki, qəzaya "Opel"lə eyni istiqamətdə hərəkətdə olan "Lexus" markalı avtomobilin sürücüsü səbəb olub. Belə ki, "Lexus"un sürücüsü sağdan sola qəfil dönmə əməliyyatı edib. "Lexus"un sol tərəfində hərəkətdə olan "Opel"in sürücüsü isə qəzadan yayınmağa çalışıb və qarşı hərəkət zolağına çıxıb. Lakin sürücü Şamxal Şamxalov idarəetməni itirdiyindən, avtomobil yol kənarında dayanmış maşına çırpılıb. Qəza baş verdiyini görən "Lexus"un sürücüsü maşınını saxlayaraq, hadisə yerindən piyada uzaqlaşıb.
Yol polisi əməkdaşları qəzaya səbəb olduğu bildirilən "Lexus"un sürücüsünü tapmağa çalışır. Faktla bağlı araşdırmalar davam etdirilir.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO















