Sürücü dəhşət yaşatdı: 3 ölü, 34 yaralı - VİDEO

Avstriyada avtomobili idarə edən sürücü 40 nəfərə yaxın insanı vurub. İndi hamını bir sual maraqlandırır, bu qəzadır, yoxsa terror aktı? ANS-in məlumatına görə, Avstriyada dövlət meydanında maşını insanların üstünə qəsdən sürən sürücü 3 nəfəri öldürüb, 34-ünü yaralayıb. Hadisəni görən şahidlər məlumat verib ki, qəzanı törədən sürücü piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yolda maşını saatda 100 km sürətlə idarə edib. Dayanacaqdakı maşınları vurduqdan sonra o, nəqliyyat vasitəsini velosipedlərin üzərinə sürüb. İnsidentin baş verdiyi əraziyə 60 təcili yardım maşını gəlib və bəzi qurbanların xəstəxanaya təxliyyə olunması üçün 4 helikopterdən istifadə olunub. Avtomobili ilə cinayət törətmiş şəxs isə saxlanılıb. İlkin istintaq araşdırmaları nəticəsində məlum olub ki, 26 yaşlı sürücünün rühi əsəb pozuntuları var. Polis hücumun motivlərini araşdırır. Terror aktı versiyası istisna olunmur.
Faciənin yaşandığı meydanın yaxınlığında “Formula 1” yarışı üzrə Avstriya Qran-Prisi keçirilib.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












