Sürücü qayda pozan piyadanı vurmamaq üçün canından oldu - VİDEO

Yola qaçan piyadanı vurmamaq üçün öz həyatını təhlükəyə atdı.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə geniş yayılan qəza hadisəsi Heydər Əliyev prospektində baş verib. Hadisə şahidinin lentə alaraq səsli şəkildə izah etdiyi görüntülərdən də aydın olduğu kimi qayda pozuntusuna baş vuran piyadanı vurmamaq üçün sürücü qəza törədib. Belə ki, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yeraltı keçidi görməzdən gələn şəxs magistral yoldan keçməyi seçib. Nəticədə son anda yola qaçan piyadanı vurmamaq üçün öz həyatını təhlükəyə atan sürücü avtomobilini dirəyə çırpıb. Sürücü aldığı xəsarətlərlə xəstəxanaya aparılıb, avtomobili isə evakuator xidməti ilə ərazidən götürülüb. Piyada isə səbəbi olduğu qəzadan qurtulmağı bacarıb.
Qeyd edək ki, hadisəni kameraya alan şəxs üzünü piyadalara tutaraq keçidin mövcudluğunu gözardı etməməyi və özləri ilə yanaşı, sürücülərin həyatını da təhlükəyə atmamağa səsləyib.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












