Sürücü yanan avtomobildən son anda çıxa bildi - FOTO

Qaxda qəza baş verib. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, hadisə bu gün səhər radələrində Qax-Qorağan avtomobil yolunun 2-ci kilometrliyində, rayonun Meşəbaş kəndi ərazisindən keçən hissəsində baş verib. Şəki sakini, 1990-cı il təvəllüdlü Tərlan Fərhad oğlu Cəbrayılov "Mercedes" markalı avtomobillə Şəkidən Zaqatala istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun kənarındakı qoz ağacına çırpılıb.
Zərbənin təsirindən avtomobildə yanğın baş verib. Yanıq xəsarətləri alan sürücü avtomobildən çıxa bilib. Hadisə yerinə FHN-nin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səylərinə baxmayaraq avtomobil yanaraq yararsız hala düşüb. Yanıq xəsarətləri alan Tərlan isə xəstəxanaya çatdırılıb. Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
Qax RMX-dan apa-ya bildirilib ki, T.Cəbrayılova 2-ci, 3-cü dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.


Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












