Sürücülük vəsiqəsi olmayan avtobus sürücüsü qadını vurub üstündən keçdi

Bakı Apellyasiya Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən F.Mahmudovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Mahmudov beş il altı ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunaraq həbs qətimkan tədbiri ilə əvəz olunub və dərhal məhkəmə zalında həbsə olunub.
İttihama görə, 1972-ci il təvəllüdlü F.Mahmudov nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş X.Vəliyevanın ölümünə səbəb olub. Belə ki, o, 19 may 2014-cü ildə, saat 18:19-da şirkətlərin birinə məxsus avtobusla paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi ilə Bakıxanov qəsəbəsindən Qaraçuxur qəsəbəsi istiqamətində saatda 15 kilometr sürətlə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, zərərçəkmiş X.Vəliyevanı vurub, üstündən keçib. Ağır bədən xəsarətləri alan qadın dünyasını dəyişib. Hadisədən doqquz il sonra F.Mahmudov məhkəmə qarşısına çıxarılıb. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Pravda.az
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












