Sürücünü xilas etmək üçün təhlükəyə atıldı - VİDEO

Güclü daşqında ölümlə üzləşən avtomobil sürücüsünü xilas etmək üçün öz həyatını da təhlükəyə atdı. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, ABŞ-da sel fəlakətinin əsirinə çevrilən Cənubi Karolina ştatında bir sakin öz fədakarlığı ilə insanların rəğbətini qazanıb. Daşqının ortasında qalan bir avtomobildə sürücünün boğulmaq üzrə olduğunu görən Co adlı amerikalı, çətin vəziyyətdə mümkünsüzü gerçəkləşdirib. Selin ortasında qalan sürücünü xilas etmək üçün suya baş vuran amerikalı, çətinliklə üzərək avtomobilin olduğu yerə çatıb. Maşının arxa şüşəsini sındıraraq boğulmaqda olan sürücünü sükan arxasından yuxarı çəkib. Daha sonra əraziyə gələn xilasedicilər onları təhlükəsiz əraziyə çıxarıb. İndiyədək bu cür daşqın görmədiklərini deyən sakinlər, sel sularının bir göz qırpımında küçələri bürüdüyünü, buna görə qabaqlayıcı tədbir görə bilmədiklərini deyir. O ki qaldı, selin ortasında qalan avtomobil sürücüsünə, hadisə baş verən vaxt o elə daşqından qaçırmış, amma bacarmayıb. Sürücünü son anda xilas edən Co isə sosial media fenomeninə çevrilib. Görüntüləri izləyən internet istifadəçiləri, indiki dövrdə başqası üçün öz həyatını təhlükəyə atan çox az adam qaldığına diqqət çəkir.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO















