Sürücüsüz avtobus piyadaları vurdu, ölən və yaralananlar var

Qazaxıstanın cənubunda, Çimkənt şəhərində sürücüsüz avtobus üzüaşağı hərəkət edərək piyadaları vurub. Qəza nəticəsində 4 nəfər ölüb, 2 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.
Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, hadisə aprelin 8-də baş verib. “Metro” ticarət mərkəzinin ərazisində iki küçənin kəsişməsində sürücüsüz avtobus əks istiqamətə çıxaraq səkidə olan 6 piyadanı vurub.
İki qadın və bir yeniyetmə hadisə yerində, bir qız xəstəxanada ölüb. Daha iki nəfər isə tibb müəssisəsində müalicə olunur.
İstintaqın məlumatına görə, sürücü avtobusu marşrutun son dayanacağında qoyub və dayanacaq tormozunu çəkib. Sürücü maşından çıxdıqdan sonra avtobus maili yolda hərəkətə gələrək piyadaları vurub. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












