Taksi sürücüsü qəza törətdi: 1 ölü, 1 yaralı

Şəmkirdə bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Çənlibel kəndinə gedən yolda qeydə alınıb. Rayonun Ələsgərli kənd sakini, 1970-ci il təvəllüdlü Şəmşir Xəlilov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə gedən “VAZ 2106” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində sürücü Ş.Xəlilov və maşında olan sərnişin Çənlibel kənd sakini, 1959-cu il təvəllüdlü Fizuli Novruzov ağır bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq F.Novruzovun həyatının qurtarmaq mümkün olmayıb, o dünyasını dəyişib.
Məlumata görə Ş. Xəlilov “VAZ 2107” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olurmuş. O, F.Novruzovu evinə aparanda qəza törədib.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










