Tanınmış iş adamı ağır qəzaya düşdü - FOTO

Beyləqan rayonu ərazisində iki minik maşını və yük avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Çavuş Göçər Yunus türkiyəli tanınmış iş adamı imiş.
Avtosfer.az "TNS"yə istinadən xəbər verir ki, Çavuş Göçər Yunus Türkiyədə tanınmış "Eu-Turan” Şirkətlər Qrupunun rəhbəridir. Türkiyədə tekstil işi ilə məşğul olan şirkətlər qrupu bir neçə xarici ölkədə də tanınır. İş adamı Azərbaycana gəzmək üçün gəlibmiş. O azad olunan ərazilərdən qayıdarkən yolda qəzaya düşüb.
İş adamı xəsarətlərlə Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparılsa da, bir müddət sonra Bakıdakı özəl klinikalardan birinə köçürülüb.
Xatırladaq ki, hadisə bu gün günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 124-cü kilometrliyində qeydə alınıb.

"Opel" və "VAZ-2107" markalı minik maşınları toqquşub, idarə etmədən çıxan "VAZ-2107" "Mercedes Atego" markalı yük maşınına çırpılıb. Xəsarət alan iki nəfər - Çavuş Göçər Yunus, Mircəlal Miri oğlu Həbibov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB












